Bizimhedef.az » iqtisadiyyat » Ermənistandan Azərbaycana dəmir yolunun inşası nə qədər vaxt ala bilər?

Ermənistandan Azərbaycana dəmir yolunun inşası nə qədər vaxt ala bilər?

Ermənistandan Azərbaycana dəmir yolunun inşası nə qədər vaxt ala bilər?


“Ermənistandan Azərbaycana dəmir yolunun tikintisi ən azı iki il davam edə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” kanalına müsahibəsində danışıb.

“Dəmir yolu əlaqəsinə gəldikdə, ekspertlərin qiymətləndirməsinə əsasən, onun tikintisi ən azı iki il vaxt tələb edə bilər. Lakin biz Ermənistanla Azərbaycan arasında əlaqələrin tezliklə inşasında, açılmasında və bərpa edilməsində çox maraqlıyıq, çünki bundan əsas faydalanan tərəflərdən biriyik. Biz həmçinin Azərbaycan ərazisindən və infrastrukturundan istifadə edərək yüklər göndərə və qəbul edə bilərik”, – Mirzoyan qeyd edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya