Bizimhedef.az » hadise » Rusiyaya apardığı üzərlik başına BƏLA OLDU - Azərbaycanlı hava limanında SAXLANILDI

Rusiyaya apardığı üzərlik başına BƏLA OLDU - Azərbaycanlı hava limanında SAXLANILDI



Rusiyanın Perm şəhərində “Bolşoye Savino” hava limanında Bakından gələn sərnişin saxlanılıb.

Bu barədə Rusiya mətbuatı Gömrük Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, “Bakı–Perm” reysi ilə gələn kişinin baqajında gömrük bəyannaməsində göstərilməmiş bitki mənşəli kütlə aşkarlanıb.

Ekspertiza müəyyən edib ki, bu, 405 qram ağırlığında “Peganum harmala” (üzərlik otu) hissələridir. Bitkinin tərkibində narkotik vasitə hesab olunan maddə aşkar edilib.

Qeyd olunur ki, həmin maddə Rusiyada dövriyyəsi məhdudlaşdırılan vasitələr siyahısına daxildir.

Saxlanılan şəxs bildirib ki, o, bitkini “göz dəymədən qorunmaq” üçün şəxsi istifadəyə alıb.

Faktla bağlı böyük miqdarda narkotik vasitələrin qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya