Bizimhedef.az » dunya » Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

  • Сегодня, 09:14
  • dunya
  • 5
Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR


Özbəkistan ordusunu “Azərbaycan modeli” ilə modernləşdirir.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Özbəkistana Azərbaycanla əməkdaşlıq modelinə uyğun məsləhətçi heyətin göndərildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, Türkiyənin səmimi şəkildə dəstək verdiyi qardaş və dost ölkələr türk ordusuna bənzər silahlı qüvvələr strukturu yaratmaq istəyirlər.

“Bizi dərin tarixi və mədəni bağların birləşdirdiyi dost və qardaş ölkə Özbəkistanla davam edən hərbi əməkdaşlıq çərçivəsində, general-mayorumuzun rəhbərliyi altında məsləhətçi heyət Azərbaycanda olduğu kimi Özbəkistana da göndərilib”, – deyə Yaşar Gülər bildirib.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya