Bizimhedef.az » siyaset » İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir

İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir

İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir


İsrail tərəfindən saxlanılan “Azadlıq flotiliyası”nda aid gəmilərdə olan türkiyəli deputatlar Azərbaycana gətirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-in mətbuat katibi Öncü Keçeli “X” hesabında açıqlayıb.

Keçeli bildirib ki, üç deputat Türkiyəyə aparılmaq üçün Azərbaycana doğru yola salınıb.

Xatırladaq ki, “Azadlıq flotiliyası” Qəzzaya humanitar yardım aparmaq üçün sentyabrın sonunda yola çıxmışdı. 9 gəmidən ibarət olan donanmada təqribən 150 nəfər iştirakçı yer almışdı. Onlar arasında isə türkiyəli deputatlar, aktivistlər, jurnalistlər, hüquqşünaslar da olub. Oktyabrın 8-də gəmilər beynəlxalq sularda israilli hərbçilər tərəfindən saxlanılıb. Gəmilərin heyəti İsraildən deportasiya edilir.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya