Bizimhedef.az » iqtisadiyyat » Qaşqardan Azərbaycana ilk multimodal reys açılıb

Qaşqardan Azərbaycana ilk multimodal reys açılıb

Qaşqardan Azərbaycana ilk multimodal reys açılıb


Çinin Qaşqar şəhərindən Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan marşrutu üzrə ilk beynəlxalq multimodal konteyner daşıması başlayıb.

Bu barədə "Uztemiryolkonteyner" məlumat yayıb.

Yüklər Siyan və Çendu şəhərlərindən dəmiryolu nəqliyyatı vasitəsilə Qaşqara, oradan avtomobil nəqliyyatı ilə Oşa daşınır. Daha sonra isə Oşdan dəmiryolu vasitəsilə Türkmənistan limanına, buradan da Bakıya dəniz yolu ilə çatdırılır.

Bildirilib ki, marşrutun işə salınması ticarət və logistika əməkdaşlığını gücləndirir, daşımaların səmərəliliyini artırır və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Asiya və Avropa arasında yeni nəqliyyat dəhlizinin inkişafına töhfə verir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya