Bizimhedef.az » idman » Kriştiano Ronaldo karyerasını tezliklə bitirəcəyini açıqlayıb

Kriştiano Ronaldo karyerasını tezliklə bitirəcəyini açıqlayıb

  • 5-11-2025, 09:55
  • idman
  • 28
Kriştiano Ronaldo karyerasını tezliklə bitirəcəyini açıqlayıb


Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştiano Ronaldo karyerasını tezliklə başa vuracağını bildirib.

O bu barədə “YouTube”da jurnalist Pirs Morqanın kanalına müsahibəsində deyib.

“Tezliklə karyeramı bitirəcəyəm. Düşünürəm ki, buna hazıram. Bəli, bu çətin olacaq. Ağlayacağammı? Bəli. Bu, çox ağır olacaq, lakin mən gələcəyimə 25, 26, 27 yaşlarımdan hazırlaşırdım”, – deyə Ronaldu bildirib.

Qeyd edək ki, ötən mövsüm Ronaldo “Əl-Nasr”ın heyətində bütün turnirlərdə 41 oyunda 35 qol vurub və 4 qol ötürməsi edib. Cari mövsümdə isə səudiyyə klubu 7 oyunda 21 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə başçılıq edir.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya