Bizimhedef.az » siyaset » Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq

Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq

Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq



8 Noyabr Azərbaycan xalqı üçün ən qürurlu, ən unudulmaz və tarixi əhəmiyyətli günlərdən biridir. Uzun illər davam edən işğal və ayrılıqdan sonra biz doğma Şuşaya qayıtdıq. Bu hadisə yalnız şəhərin azad olunması deyildi, həm də xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun misilsiz qəhrəmanlığının rəmzi oldu. Şuşanın geri qaytarılması ilə Azərbaycan tarixi, mədəniyyəti və mənəvi irsinə sahib çıxdı.
Bu gün biz qəhrəman şəhidlərimizi yad edir, onların göstərdiyi igidlik və fədakarlığı yüksək qiymətləndiririk. Onların qəhrəmanlığı gələcək nəsillərə vətənpərvərlik, dövlətə sədaqət və birliyin nə qədər böyük güc olduğunu göstərir. Qazilərimiz isə xalqımızın qəhrəmanlıq tarixində silinməz iz qoymuş, onların əməyi və fədakarlığı hər birimizin minnətdarlıq hissi ilə yad edilməlidir.
8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan ordusunun peşəkarlığını, xalqın birliyini və Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsini nümayiş etdirir. Bu gün yalnız bir şəhərin azadlığı deyil, həm də Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və xalqın milli qüruru uğrunda qazanılmış böyük bir Zəfərdir.
Şuşanın azadlığı həm tarixi, həm mədəni, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu gün biz yalnız keçmişi yad etmirik, həm də gələcəyə baxır, gələcək nəsillərə qəhrəmanlıq, vətənpərvərlik və birliyin ən yüksək nümunəsini göstəririk. 8 Noyabr – Şuşa günü hər bir azərbaycanlı üçün sevinc, fəxarət və minnətdarlıq günüdür.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya