Bizimhedef.az » iqtisadiyyat » Fitch Solutions: Manatın məzənnəsi 2026-cı ildə də sabit qalacaq

Fitch Solutions: Manatın məzənnəsi 2026-cı ildə də sabit qalacaq

Fitch Solutions: Manatın məzənnəsi 2026-cı ildə də sabit qalacaq


Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valyuta ehtiyatları və idarə olunan üzən məzənnə rejimi manatın sabitliyini qorumaqda davam edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" (FS) şirkətinin Azərbaycanla bağlı hesabatında bildirilib.

Hesabatda manatın ABŞ dollarına qarşı məzənnəsinin 2026-cı ildə 1,7 səviyyəsində qalacağı və yaxın dövrdə ciddi dəyişiklik gözlənilmədiyi vurğulanır. Qurum hesab edir ki, böyük xarici şoklar baş vermədiyi halda məzənnənin kəskin hərəkəti üçün əsas yoxdur.

Proqnoza əsasən, AMB inflyasiya təzyiqlərinin yüksək olsa da, ümumilikdə azalma trendində olması AMB-yə ehtiyatlı yumşalma imkanı yaradır. Bu da məzənnə sabitliyini dəstəkləyən əsas amillərdən biri olacaq.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya