Bizimhedef.az » dunya » “Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”

“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”

  • Сегодня, 09:51
  • dunya
  • 11
“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”

“Tehran müqavilənin şərtlərinə əməl etməsə, ABŞ İrana qarşı zərbələri bərpa edə və dəniz blokadasını yenidən tətbiq edə bilər”.

“Bu sözləri ABŞ-nin Vitse-prezidenti Ceyms Di Vens deyib.

“Bütün üstünlüklər bizim əlimizdədir. Onlar razılaşmalara əməl etməsələr, hansı addımları atacağımıza özümüz qərar verəcəyik”, - o qeyd edib.

Vens həmçinin vurğulayıb ki, ABŞ-İran razılaşması Vaşinqton tərəfindən Tehrana pul vəsaitlərinin ayrılmasını nəzərdə tutmur: “Bununla belə, digər ölkələrin İslam Respublikasının iqtisadiyyatına investisiya qoyması mümkündür. Razılaşmada qeyd olunur ki, onlar ABŞ-dən bir qəpik də almayacaqlar. İranlılar sazişin şərtlərinə əməl etsələr, biz başqa ölkələrə onların ölkəsinə investisiya yatırmağı təklif edəcəyik. Lakin bu, yalnız razılaşmanın şərtlərinə riayət olunduğu təqdirdə mümkün olacaq”.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya