Bizimhedef.az » dunya » Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi - Video

Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi - Video

  • 2-12-2025, 11:47
  • dunya
  • 118
Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi - Video


Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk və Xarkov vilayətinin Vovçansk şəhərlərinə nəzarəti ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov bu barədə Prezident Vladimir Putinə məruzə edib.

Bununla yanaşı, ölkənin Müdafiə Nazirliyi Pokrovsk (Krasnoarmeysk) şəhərinin mərkəzində yerləşən Şibankov meydanında Rusiya bayrağının qaldırılmasını əks etdirən görüntülər yayıb.

Ukrayna tərəfi isə sözügedən şəhərlərin ələ keçirilməsi barədə məlumatları təkzib edib.

Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya