Bizimhedef.az » hadise » Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

  • 16-12-2025, 13:55
  • hadise
  • 117
Cəmil Həsənli yenidən DTX-yə çağırıldı


Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb.

Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb.

Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılıb. O, həmin gün Ramiz Mehdiyevin cinayət işi ilə bağlı DTX-də ifadə vermişdi.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya