Bizimhedef.az » idman » “Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq - UEFA qadağa qoydu

“Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq - UEFA qadağa qoydu

  • 18-12-2025, 13:38
  • idman
  • 98
“Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq - UEFA qadağa qoydu


UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt” klubunun azarkeşlərinə qadağa tətbiq edib.

“Almaniyalı fanatlara Bakıda Azərbaycan təmsilçisinə qarşı keçiriləcək oyunda bilet satılmayacaq.

Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda dəstəksiz qalacaq.

Buna səbəb isə onların ötən tur “Barselona” ilə keçirilən səfər matçında priotexniki vasitələrdən istifadə etməsidir.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya