Bizimhedef.az » siyaset » Zəfər seçkisi

Zəfər seçkisi

Zəfər seçkisi



Azərbaycanda 7 fevral 2024-cü ildə keçirilən Prezident seçkisi Zəfər seçkisi idi. Müzəffər Ali Baş Komandan 92,12 faiz səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ildə Cənab İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı xalq qarşısında verdiyi vədə əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Laçında, Cəbrayılda, Fuzulidə və digər işğaldan azad olunan rayonlarımızda ucaltdı. Bu böyük Qələbə, böyük Zəfərdir. Cənab Prezidentin 20 illik fəaliyyəti dövründə Qarabağın erməni işğalından azad olunması əsas preoritet məsələ idi. Ali Baş Komandan , Ordu və Xalq birliyi, əzmi, iradəsi ilə bu böyük Qələbə gerçəkləşdi.
Beləliklə, azad, suveren və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan bütün dünyaya nəyə qadir olduğunu bir daha bəyan etmiş oldu. Azərbaycan xalqı 7 fevral 2024 -cü ildə keçirilən növbədənkənar Prezident seçkilərində öz layiqli oğlunu yenidən Prezident seçdi. İşğaldan azad olunmuş torpaqlarımızda 30 ildən sonra ilk dəfə Prezident seçkiləri keçirildi. Seçkilər demokratik mühitdə keçirilmiş və ümumxalq iradəsini özündə ehtiva etmişdir. Belə ki, seçkilərdə seçici fəallığı 76,43 faiz, Cənab İlham Əliyevin lehinə isə 4 milyon 567 min 458 səs verilmişdir. Çünki, dövlət başçımız Azərbaycana rəhbərlik etdiyi illər ərzində dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının Prezidenti olmuşdu. 7 fevral seçkilərində həm də, Azərbaycan xalqı qalib gəldi, çünki bu seçkilərdə xalqına verdiyi bütün vədləri yerinə yetirən və hər bir azərbaycanlının prezidenti olan İlham Əliyev qalib gəldi.
Fevralın 14 -də Azərbaycan Respublikası Prezidentinin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Cənab Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası konstitusiyasına əməl edəcəyinə, dövlət müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına və xalqa ləyaqətlə xidmət edəcəyi nə and içdi. Sonra isə "Qurani - Şərif"ə əl basaraq and içdi : "Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli - mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam".
Fevralın 7-də keçirilən seçkilər ən qürurverici seçki kimi tarixə düşdü. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək zirvələri fəth edərək tariximizin Zəfər səhifələrini yazdı. Bu gün imzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasının təsdiqidir. Azərbaycan xalqı Prezident İlham Əliyevin bundan sonra da xalqına və dövlətinə sədaqətlə xidmət edəcəyinə, yeni zirvələrin fəth edilməsi, ölkəmizin daha da güclənməsi, qüdrətli ölkəyə çevrilməsi, onun dünya ölkələri arasında öz layiqli yerini tutması üçün uğurlu siyasətini davam etdirəcəyinə inanır və daim Cənab Prezidenti dəstəkləyir. Zəfər seçkisi kimi dəyərləndirilən prezident seçkiləri Azərbaycanda yeni dövrün başlanğıcı oldu.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya