Rauf Vəliyev vəzifəsindən azad edildi: yerinə təyinat - SƏRƏNCAM
- 16-01-2026, 22:49
- siyaset
- 74

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib.
Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
İlham Əliyevin digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədr təyin edilib.
O, indiyə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin (İH) sədr müavini, bundan əvvəl isə nazirliyə məxsus "Azərpoçt" MMC-nin İH sədri Əfqan Cəlilov vəzifəsində işləyib.






























