Bizimhedef.az » hadise » "İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş

"İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş

"İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş



Bu gün səhər saatlarında Bakıdakı "İdrak" liseyində şagird müəllimi güllələyib.

Baku.ws xəbər ki, həmin liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.

Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda beş milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

Qeyd edək ki, "İdrak" liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Güllə yarası alan 28 yaşlı müəllimə Ş. K. xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya