Bizimhedef.az » dunya » Ərbildə hava limanı vuruldu

Ərbildə hava limanı vuruldu

  • 3-03-2026, 09:36
  • dunya
  • 72
Ərbildə hava limanı vuruldu


İraqın şimalındakı Ərbildə hava limanı vurulub.

ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus bazanın yerləşdiyi Ərbil Hava Limanına silahlı pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildikdən sonra güclü partlayışlar eşidilib.

Hava limanında hava hücumundan müdafiə sistemləri işə salınıb və üç PUA ardıcıl olaraq zərərsizləşdirilib. Bununla yanaşı, yerli media hücumun Ərbildəki bir hotelə də yönəldiyini, lakin nəticə barədə məlumatın olmadığını bildirir.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya