Bizimhedef.az » iqtisadiyyat » Novruz ərəfəsi bazarda QİYMƏTLƏR

Novruz ərəfəsi bazarda QİYMƏTLƏR

Novruz ərəfəsi bazarda QİYMƏTLƏR


Novruz bayramı artıq yaxınlaşır. Həftəsonları təşkil edilən yarmarkalarda artıq daha çox insan görmək olur. Burada insanlar öz məhsullarını birbaşa özləri bazara çıxarırlar. Alıcıların da seçim imkanları kifayət qədər genişdir.

Paytaxtdan əlavə rayonlarda da belə yarmarkalar təşkil olunur. Zaqatalada təşkil olunan yarmarkada insan axını çoxdur. Satıcılar müştəri azlığından narazı, alıcılar isə qiymət artımından narahatdır.

Bəs qiymətlər necə dəyişir?

Fermerlərin sözlərinə görə, yanvar-fevral ayında ziyana işləyiblər, qiymətlər ucuzdur :

"Mal əti 16 manat, kartof 1 manat, süd 1 manat, toyuq 6 manat, çolpa 8 manat, alma 1 manatdır".

Bəzi alıcılar isə məhsulun təbiiliyinə görə qiymətlərin hələ ucuz olduğunu bildiriblər.

Qeyd edək ki, bu cür bazarlar kənd təsərrüfatının inkişafı və yerli istehsalın təşviqi baxımından mühim rol oynayır. Kiçik kənd bazarları həm kəndlinin gəlir mənbəyidir, həm də şəhər sakinlərinin süfrəsinə təbii məhsulun çatdırılmasında körpü rolunu əvəz edir. (milli.az)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya