Bizimhedef.az » dunya » Son Dəqiqə: Tehran atəşkəs şərtlərini açıqladı - Zəmanət verilməlidir

Son Dəqiqə: Tehran atəşkəs şərtlərini açıqladı - Zəmanət verilməlidir

  • 10-03-2026, 10:10
  • dunya
  • 56
Son Dəqiqə: Tehran atəşkəs şərtlərini açıqladı - Zəmanət verilməlidir


“Bəzi ölkələr atəşkəslə bağlı İranla əlaqə saxlayır. Əgər atəşkəs əldə ediləcəksə, İrana qarşı aqressiv hərəkətlərin təkrarlanmayacağına zəmanət verilməlidir".

Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi televiziya proqramında Çin, Rusiya, Fransa və bəzi regional ölkələrin müharibənin dayandırılması və ya atəşkəsin təmin edilməsi ilə bağlı İranla əlaqə saxladıqlarını bildirib.

"Əgər atəşkəs əldə ediləcəksə və ya döyüşlər dayandırılacaqsa, İrana qarşı təcavüzkar hərəkətlərin təkrarlanmayacağına zəmanət verilməlidir. Əks halda, bir neçə ay sonra başqa bir hücum baş verərsə, belə bir atəşkəs mənasız olacaq" - Qəribabadi deyib.

Qəribabadi onu da əlavə edib ki, hücuma məruz qalan ölkə hücumun təkrarlanmayacağına əmin olana qədər müdafiə tədbirləri görməyə davam edəcək.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya