Bizimhedef.az » hadise » Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu

Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu

Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Zığ şosesi, Xəzər rayonu Zirə qəsəbəsi, Nəsimi rayonu H.Sarabski, A.Qurbanov və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə və Sumqаyıt şəhəri 20-ci məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 73320 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya