Bizimhedef.az » hadise » Bu şəxslər peyvənd olunacaq

Bu şəxslər peyvənd olunacaq

  • Сегодня, 11:52
  • hadise
  • 7
Bu şəxslər peyvənd olunacaq


19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

“Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya