Paşinyandan tarixi etiraf – "Bakı və Ankara ilə münasibətlərdə səhv etmişik"
- Сегодня, 13:27
- dunya
- 10
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasətində inqilabi dönüş nöqtəsi sayılacaq bəyanatlarla çıxış edib.
xəbər verir ki, hökumət başçısı Ermənistanın illərdir davam edən təcrid vəziyyətindən çıxmaq üçün qonşuları ilə münasibətləri prioritet elan etdiyini bildirib və keçmişdə Bakı ilə Ankaraya qarşı yeridilən siyasətin strateji səhv olduğunu rəsmən etiraf edib.
Ermənistanın gələcəyi yalnız Gürcüstan, İran, Türkiyə və Azərbaycanla qurulacaq möhkəm əməkdaşlıqdan asılıdır. "Biz xarici qüvvələrin dəstəyinə bel bağlamadan, regional sabitliyi özümüz təmin etməliyik", — diqqətə çatdıran Paşinyan, keçmişdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə yol verilən yanlışlıqların bölgədə stabilliyə mane olduğunu açıq şəkildə boynuna alıb. Bu etirafla yanaşı, o, nəqliyyat infrastrukturunun bərpası istiqamətində konkret hədəfləri açıqlayıb. Bura həm ABŞ-ın dəstəklədiyi TRIPP layihəsi, həm də onilliklərdir fəaliyyətsiz qalan Gümrü–Qars dəmir yolunun yenidən işə salınması daxildir. Paşinyan həmçinin regional məsələlərin kənar müdaxilə olmadan həlli üçün nəzərdə tutulan "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan + Türkiyə, Rusiya, İran) aktiv iştirakda maraqlı olduqlarını təsdiqləyib.musavat.com




























