Bizimhedef.az » dunya » Netanyahu Macarıstana gəlsə, həbs olunacaq - Macar

Netanyahu Macarıstana gəlsə, həbs olunacaq - Macar

  • 21-04-2026, 10:47
  • dunya
  • 21


Macarıstanın yeni baş naziri olacaq Peter Macar bildirib ki, İsrail baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən Macarıstana gələrsə, həbs olunacaq.

Budapeştdə jurnalistlərə verdiyi açıqlamada Macar qeyd edib ki, Macarıstan sələfi Viktor Orbanın ötən il çıxmağa başladığı Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq qalacaq: "Əgər kimsə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışdadırsa və ölkəmizə daxil olursa, o, saxlanılmalıdır".

Parlament seçkilərinin qalibi qeyd edib ki, ölkənin yeni hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq qalmaq üçün hələ 2 iyun tarixinə qədər vaxtı var.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahuya 2024-cü ildə Qəzza zolağında insanlığa qarşı cinayətlər və müharibə cinayətləri ittihamları ilə həbs orderi verib. Beynəlxalq Cinayət Məhkəməsi həmçinin Rusiya prezidenti Vladimir Putinə Ukrayna uşaqlarının qaçırılmasına görə həbs orderi verib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya