Bizimhedef.az » Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin aprelin 30-da Avropa çempionatında iştirak etmiş və uğur qazanmış idmançılar ilə görüşmüşdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin aprelin 30-da Avropa çempionatında iştirak etmiş və uğur qazanmış idmançılar ilə görüşmüşdür

  • Сегодня, 11:41
  • ---
  • 17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin aprelin 30-da Avropa çempionatında iştirak etmiş və uğur qazanmış idmançılar ilə görüşmüşdür


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin aprelin 30-da Avropa çempionatında iştirak etmiş yunan-Roma güləşi və sərbəst güləş, qadın güləşi istiqaməti üzrə uğur qazanmış idmançılar ilə görüşmüşdür. Onlarla danışıqlar aparmış cənab İlham Əliyev Albaniyanın paytaxtı Tiranada baş tutan çempionatı barəsində dəyərləndirmə aparmış və idmançılarımızı təbrik etmişdir. 1992-ci ildə təsis edilmiş Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri olaraq Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev heç zaman Güləş federasiyasının fəaliyyətini diqqətdən kənar qoymamış, dəstək göstərməkdədir.
Sərbəst güləşçi Turan Bayramov, yunan-Roma güləşçisi Həsrət Cəfərov, qadın güləşçi Jalə Əliyeva çıxışları zamanı göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmiş, öncəki qələbələrindən söz açmışdılar. Qeyd olunan çempionatda Azərbaycan milli güləşçi komandası 13 medalla vətənə geri qayıtmışlar. Ali Tsokayev və Giorgi Meşvildşvili Avropa çempionu olmuşdur. Uzunmüddətli məşqləri, əzmkar və qətiyyətli olmaları milli güləşçilərimizin adlarını zirvəyə qaldırmışdır. Onlar öz davranışları ilə Azərbaycan Respublikasını Avropa idman arenasında layiqincə təmsil etmişlər. Qalib gələn idmançılarımız Azərbaycan himninin müxtəlif ölkələrin təmsil olunduğu bu güləş mübarizəsində fəxrlə səsləndirmişlər. Xalqın qürur mənbəyi olaraq güləşçilərimiz əldə etdikləri qələbə sayəsində gənc nəsildə milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi ali məqsədə müvəffəq olmuşlar.
Sonda cənab prezident İlham Əliyev idmançılarımızın mənəvi keyfiyyətlərinin yüksək olmasını xüsusi vurğulamışdır. Bu həqiqətən də fəxr mənbəyidir ki, peşəkarlıq onların- idmançılarımızın yalnız iş həyatı ilə məhdudlaşmır və məişət həyatına da sirayət edir. Türkiyə Respublikasının böyük dövlət xadimi, qurucusu Mustafa Kamal Atatürkün ötən əsrdə söylədiyi fikirə uyğun olaraq idmançının professianallığının əsas göstəricisinin fiziki olduğu qədər, həm də mənəvi hazırlıq olduğunu demək mümkündür: “Mən idmançının zəkalı, çevik və eyni zamanda əxlaqlısını sevirəm”.


Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya