Bizimhedef.az » sosial » İyunda 10 gün iş olmayacaq

İyunda 10 gün iş olmayacaq

İyunda 10 gün iş olmayacaq


Azərbaycanda iyun ayında vətəndaşları əlavə istirahət günləri gözləyir.

Nazirlər Kabinetinin qərarları və əmək qanunvericiliyinə uyğun olaraq iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq.

Belə ki, 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyri-iş günləri hesab edilir. Bu il 15 iyun bazar ertəsi, 26 iyun isə cümə gününə təsadüf edir.

Rəsmi bayramlarla yanaşı, ay ərzində şənbə və bazar günləri də istirahət günləri olacaq. Beləliklə, iyunun 6, 7, 13, 14, 20, 21, 27 və 28-i qeyri-iş günləri kimi qeyd ediləcək.

Nəticədə iyun ayında qeyri-iş günlərinin ümumi sayı 10-a çatacaq.

Bundan əlavə, bayram günlərinin həftəsonu ilə ard-arda düşməsi səbəbindən vətəndaşlar üçün iki dəfə ardıcıl üç günlük istirahət imkanı yaranacaq. Belə ki, 13, 14 və 15 iyun tarixləri, eləcə də 26, 27 və 28 iyun tarixləri ardıcıl qeyri-iş günləri olacaq.

Beləliklə, iyun ayında həm dövlət bayramları, həm də həftəsonları nəzərə alınmaqla vətəndaşlar ümumilikdə 10 gün istirahət edəcəklər.(Trend.az)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya