Bizimhedef.az » sosial » Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib

Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib

Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib


Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyi (ADSEA) Şuşa şəhərində 535 abonenti və 30 istehlakçını su ilə təchiz edib.

"Report" xəbər verir ki, bu barədə qurumun təşkil etdiyi mediaturda məlumat verilib.

Bildirilib ki, şəhərin su təchizatı Kiçik Kirs dağı və Zarıslı ərazisində yerləşən mənbələr hesabına həyata keçirilir. Su şəhərə ümumi uzunluğu 21 kilometrdən artıq olan magistral su kəmərləri vasitəsilə çatdırılır. Şəhər ərazisində ümumi tutumu 2 800 kubmetr olan su anbarları fəaliyyət göstərir. Hazırda 34,5 km uzunluğunda su, 27,5 km uzunluğunda isə kanalizasiya şəbəkəsi istismar olunur. Şuşada gündəlik məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici qurğu yenidən qurularaq istifadəyə verilib.

Tullantı suları şəhər ərazisindən dərələrə axıdılaraq Daşaltı çayına yönləndirilir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Şuşa şəhərinə 368 ailə, Böyük Qaladərəsi kəndinə isə 14 ailə köçürülüb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya