Bizimhedef.az » dunya » Süni intellekt 1,3 milyard insanı susuz qoya bilər

Süni intellekt 1,3 milyard insanı susuz qoya bilər

  • 8-06-2026, 09:00
  • dunya
  • 34
Süni intellekt 1,3 milyard insanı susuz qoya bilər


BMT-nin yeni hesabatına görə, süni intellekti işlədən məlumat mərkəzləri 2030-cu ilə qədər nəhəng həcmdə elektrik, su və torpaq resursu istehlak edəcək.

Hesablamalara əsasən, bu mərkəzlərin su sərfiyyatı 1,3 milyard insanın bir illik məişət su tələbatına bərabər ola bilər.

Məlumat mərkəzlərində serverlərin soyudulması üçün gündə milyonlarla qallon su istifadə olunur.

Ekspertlər xəbərdarlıq edirlər ki, süni intellektin ətraf mühitə təsiri yalnız karbon emissiyaları ilə ölçülməməlidir; su və torpaq ehtiyatlarına təsiri də ciddi problemdir.

Hesabatda həmçinin qeyd olunur ki, süni intellekt infrastrukturunun əsas hissəsi ABŞ və Çində cəmləşib və bu sahə elektron tullantıların da sürətlə artmasına səbəb ola bilər. (Lent.az)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya