Bizimhedef.az » dunya » TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU

TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU

  • 8-06-2026, 10:13
  • dunya
  • 25
TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU


İsrail ordusu İranın cənub-qərbində yerləşən Mahaşer (Mahşəhr) neft-kimya kompleksindəki bir sıra hədəflərə hava zərbələri endirdiyini açıqlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü məlumat yayıb.

Bildirilib ki, əməliyyat hərbi kəşfiyyatın koordinasiyası ilə həyata keçirilib. Açıqlamada qeyd olunub ki, hava qüvvələri Mahaşer neft-kimya kompleksində yerləşən bir neçə strateji obyektə zərbələr endirib və əməliyyatın detalları daha sonra ictimaiyyətə açıqlanacaq.

İran tərəfi hücumla bağlı hələlik rəsmi açıqlama verməyib. Yerli mənbələr bölgədə partlayış səslərinin eşidildiyini və bəzi sənaye obyektlərində yanğınların baş verdiyini bildirirlər.

Qeyd edək ki, son günlər İran və İsrail arasında qarşılıqlı hücumlar intensivləşib. İsrailin Tehran, Təbriz və İsfahan istiqamətlərində həyata keçirdiyi əməliyyatlardan sonra tərəflər arasında gərginlik daha da artıb və regionda genişmiqyaslı qarşıdurma ehtimalı ilə bağlı narahatlıqlar güclənib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya