Bizimhedef.az » dunya » Prezident Vuçiç istefaya hazırlaşır

Prezident Vuçiç istefaya hazırlaşır

  • Сегодня, 12:44
  • dunya
  • 1
Prezident Vuçiç istefaya hazırlaşır


Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət başçısı vəzifəsindən vaxtından əvvəl istefa verməyi və daha sonra baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi düşündüyünü açıqlayıb.

 Prezident Vuçiç bu barədə Belqrad Radiosuna açqılamasında deyib.
3-4 aydan tez istefa verə biləcəyini açıqlayan Vuçiç hələlik bununla bağlı yekun qərarın verilmədiyini qeyd edib. Vuçiç artıq şəxsi əşyalarını prezident iqamətgahında yığmağa başladığını söyləyərək, "heç bir sürpriz olmayacağını" qeyd edib.

Prezident həmçinin bildirib ki, mütəmadi olaraq baş nazir vəzifəsinə namizəd kimi parlament seçkilərində iştirak etmək variantını nəzərdən keçirir.

Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib və 2022-ci ildə yenidən seçilib. Onun hazırkı prezidentlik müddəti 2027-ci ildə başa çatır.

Daha əvvəl Serbiyada parlament seçkilərinin payızda, sentyabrın sonu ilə noyabrın ortaları arasında keçirilə biləcəyi bildirilmişdi. Parlament spikeri Ana Brnabiç hakim Serbiya Proqressiv Partiyasının Vuçiçi baş nazirliyə namizəd göstərə biləcəyini bildirib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya