Bizimhedef.az » hadise » Həmin şagird hoteldə ölübmüş

Həmin şagird hoteldə ölübmüş

Həmin şagird hoteldə ölübmüş


Xəbər verdiyimiz kimi, Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.

Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.

Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya