Bizimhedef.az » sosial » İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür

İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür

  • Сегодня, 10:04
  • sosial
  • 20
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür


Bu gün Azərbaycanda qısa iş günüdür.

Bu, sabah – iyunun 26-da ölkədə Silahlı Qüvvələri Günü olması ilə bağlıdır.

Həmin gün Azərbaycanda bayramdır və qeyri-iş günü sayılır.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.

Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya