Bizimhedef.az » Azərbaycan Avropa bazarlarına təkcə xammal ixrac edən ölkə deyil, həm də Avropanın texnoloji və investisiya imkanlarını ölkə iqtisadiyyatına cəlb edən etibarlı tərəfdaşdır

Azərbaycan Avropa bazarlarına təkcə xammal ixrac edən ölkə deyil, həm də Avropanın texnoloji və investisiya imkanlarını ölkə iqtisadiyyatına cəlb edən etibarlı tərəfdaşdır

  • 4-07-2026, 12:56
  • ---
  • 40
Azərbaycan Avropa bazarlarına təkcə xammal ixrac edən ölkə deyil, həm də Avropanın texnoloji və investisiya imkanlarını ölkə iqtisadiyyatına cəlb edən etibarlı tərəfdaşdır


Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana rəsmi səfəri və Cənab prezident İlham Əliyev ilə keçirdiyi görüşlər Bakı ilə Brüssel arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu növbəti dəfə təsdiqlədi. Görüşdən sonra mətbuata verilən bəyanatlar tərəflər arasındakı iqtisadi, enerji və nəqliyyat sahələrindəki çoxşaxəli əməkdaşlığın gələcək yol xəritəsini cızmaqla yanaşı, mühüm bir reallığı yenidən gündəmə gətirdi: Avropa İttifaqı (Aİ) Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır.
Cənab prezident İlham Əliyev tərəfindən öz bəyanatında xüsusi vurğuladığı iqtisadi göstəricilər və strateji hədəflər regionun geosiyasi mənzərəsini və qlobal enerji təhlükəsizliyində Azərbaycanın artan rolunu tam dolğunluğu ilə əks etdirir.
Azərbaycanın xarici ticarət balansında Avropa İttifaqı ölkələri aslan payına sahibdir. Bu tərəfdaşlıq təkcə bəyanatlarda deyil, konkret rəqəmlərdə də özünü büruzə verir. Cənab prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, ölkəmizin xarici ticarətinin 40 faizdən çoxu məhz Aİ üzv dövlətləri ilə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Regionun ümumi mənzərəsinə baxdıqda isə rəqəmlər daha təsirlidir: Cənubi Qafqazda ticarətin təxminən 70 faizi məhz Azərbaycanla aparılır.
Cənab prezident İlham Əliyev öz çıxışında qeyd etdiyi kimi, bu münasibətlər qarşılıqlı etimada və hər iki tərəfin maraqlarının təmin olunmasına əsaslanır. Azərbaycan Avropa bazarlarına təkcə xammal ixrac edən ölkə deyil, həm də Avropanın texnoloji və investisiya imkanlarını ölkə iqtisadiyyatına cəlb edən etibarlı tərəfdaşdır. Aİ şirkətləri Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsində, azad edilmiş ərazilərin yenidən qurulmasında və rəqəmsal infrastruktur layihələrində yaxından iştirak edir.

Azərbaycan və Avropa İttifaqı arasında ticarət əlaqələrinin mərkəzində dayanan ən mühüm amil enerji əməkdaşlığıdır. Görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsini ətraflı müzakirə etmişlər. Cənab prezident İlham Əliyev xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfərinin olduqca əhəmiyyətli olduğunu xatırlatmışdır.
Məhz həmin tarixi səfər çərçivəsində tərəflər arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanmışdı. Bu sənədin icrası nəticəsində keçən dövr ərzində Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır.
Bu gün Azərbaycanın qaz ixracının yarısı birbaşa Avropa İttifaqının üzv dövlətlərinə yönəldilir. Bütövlükdə, artıq Avropa İttifaqının 10 üzvü rəsmi Bakıdan qaz tədarük edir və Cənab prezident İlham Əliyev bəyanatında bu coğrafiyanı gələcəkdə daha da genişləndirmək potensialının mövcud olduğunu xüsusi vurğulamışdır.

Azərbaycan və Aİ arasındakı ticarət əlaqələrinin digər mühüm komponenti nəqliyyat layihələridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkəmizin təşəbbüskarı olduğu logistik marşrutlar Avropa ilə Asiyanı birləşdirən "Orta Dəhliz"in (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas onurğasını təşkil edir.
Cənab prezident İlham Əliyev tərəfindən bəyanatda qeyd olunduğu kimi, təhlükəsiz və sürətli yükdaşımaların təşkili Aİ ilə ticari əlaqələrin coğrafiyasını genişləndirir və Azərbaycanı regional logistik mərkəzə çevirir. Avropa tərəfi də bu dəhlizin inkişafına və infrastrukturun modernləşdirilməsinə investisiya yatırmaqda maraqlı olduğunu gizlətmir.
Cənab prezident İlham Əliyev tərəfindən verilən bəyanat və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan-Aİ münasibətləri sadə alqı-satqı əlaqələrindən uzaq, bərabərhüquqlu və strateji maraqlara söykənən müttəfiqlik xarakteri daşıyır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması və regionun iqtisadiyyatında liderliyi əlində saxlaması reallığı qarşıdakı illərdə yaşıl enerji layihələri, qaz coğrafiyasının genişlənməsi və Orta Dəhlizin tam gücü ilə işə düşməsi sayəsində daha da möhkəmlənəcəkdir. Bu əməkdaşlıq təkcə tərəflərin iqtisadi rifahına deyil, həm də bütün regionun sabitliyinə və təhlükəsizliyinə xidmət edir.


Maştağa qəsəbəsi 187 nömrəli tam orta ümumtəhsil məktəbin musiqi müəllimi Fərzəliyeva Həmidə
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya