Bizimhedef.az » sosial » Bakıda velosiped və skuter sürənlərin nəzərinə!

Bakıda velosiped və skuter sürənlərin nəzərinə!

  • Сегодня, 10:10
  • sosial
  • 16
Bakıda velosiped və skuter sürənlərin nəzərinə!


Paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan svetoforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, işlər çərçivəsində paytaxtın Nəsimi və Yasamal rayonlarındakı svetoforlara quraşdırılan velosiped bölmələri yeni nəsil LED işıqlandırma ilə təchiz olunub.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya