Bizimhedef.az » dunya » Erməni ekspert: “Ermənistanda vəziyyət çox ağırdır, müttəfiqlər onun minimum ehtiyaclarını belə ödəmir”

Erməni ekspert: “Ermənistanda vəziyyət çox ağırdır, müttəfiqlər onun minimum ehtiyaclarını belə ödəmir”

  • 28-11-2022, 10:00
  • dunya
  • 123 793
Erməni ekspert: “Ermənistanda vəziyyət çox ağırdır, müttəfiqlər onun minimum ehtiyaclarını belə ödəmir”


“Ermənistanda vəziyyət çox ağırdır, əldə olan müttəfiqlər onun minimum ehtiyaclarını belə ödəmir”.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert, Lehiq Universitetinin (ABŞ) professoru Arman Qriqoryan deyib.

Ekspert qeyd edib ki, ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır:

“Gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyəyə, Azərbaycana, Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar kimi illüziyalar, boş ümidlər olmamalıdır”.

Arman Qriqoryan Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsindən sonra regionda mövcud vəziyyətə də toxunub:

“Qələbə çox vaxt öz güclü tərəflərinin yenidən qiymətləndirilməsinə, bu ölkənin gücündən kənar yeni ambisiyaların əldə edilməsinə gətirib çıxarır. Hamı Azərbaycana qarşı çox mehribandır, çoxları onunla yaxın və isti münasibət qurmağa çalışır”.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya