Bizimhedef.az » hadise » Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı

Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı

Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı


Azərbaycanda həkim nəfəs borusunda yad cisim qalan uşağa soyuqlama əleyhinə müalicə yazıb.

Bu iddia ilə pediatr Aytən İsmayılzadə çıxış edib. O, hadisənin Zaqatala rayonunda baş verdiyini bildirib:

“Uşaqdan gecələr yatanda qəribə səs gəlirmiş, öskürək, xışıltı narahat edirmiş. Anası uşağı həkimə apararaq rentgen etdirib. Rentgen şəklində bronxda ilişib qalan yad cisim açıq-aşkar görünsə də, həkim uşağa soyuqlama əleyhinə müalicə yazıb. Bir aydan çox müddətdə uşağın düzəlmədiyini görən ana uşağı yenə rentgen etdirib və özü bu qeyri-adi görüntünün fərqinə varıb O, müqayisə üçün özü də ultrasəs müayinədən keçib.

Sonra mənə göndərdi ki, uşağın bronxunda olan nədir? Bu, udulmuş və nəfəs yoluna düşmüş bir knopkadır, aydın görünür. Amma necə olur ki, bunu həkim görmür, rentgen həkimi demir, uşağa soyuqlama müalicəsi yazılır? Mütləq şəkildə araşdırılmalı məsələdir. Bu məsuliyyətsizliyi edən valideyn deyil, həkimlərdir”,- deyə o əlavə edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya