Bizimhedef.az » dunya » Razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək

Razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək

  • Сегодня, 10:48
  • dunya
  • 18
Razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək

“İsveçrədə keçirilən danışıqlarda İran və ABŞ vasitəçiləri 18 saat davam edən müzakirələr zamanı əldə edilən razılaşmaların mətnini təqdim edəcəklər”.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.

O bildirib ki, razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək.

“Mətndə mənim qeyd etdiyim əsas məqamlar öz əksini tapacaq. O, 18 saat ərzində əldə olunmuş razılaşmaların sənədi kimi təqdim ediləcək”, - Bəqai qeyd edib.

O, həmçinin İran neftinin satışına lisenziyaların verilməsi və İslam Respublikasının dondurulmuş aktivlərinin blokdan çıxarılmasını ABŞ ilə yekun saziş üzrə danışıqlara keçid üçün əsas şərtlər kimi qeyd edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya