Bizimhedef.az » dunya » İrandan Trampa şərt: “Üzr istəməyənədək danışıqlar olmayacaq”

İrandan Trampa şərt: “Üzr istəməyənədək danışıqlar olmayacaq”

  • Сегодня, 09:23
  • dunya
  • 28
İrandan Trampa şərt: “Üzr istəməyənədək danışıqlar olmayacaq”


İsveçrədə ABŞ nümayəndələri ilə danışıqlar aparan İran nümayəndə heyəti Donald Tramp görüşlər zamanı səsləndirdiyi təhdid xarakterli bəyanatlara görə üzr istəməyənədək rəsmi danışıqları davam etdirmək niyyətində olmadığını açıqlayıb.

Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Telekanalın həmçinin bildirdiyinə görə, İran tərəfi hazırda təkcə Livanda hərbi əməliyyatların dayandırılmasını deyil, həm də İsrail qoşunlarının Cənubi Livandan çıxarılmasını tələb edir.

Eyni zamanda, "Al Hadath" telekanalı xəbər verir ki, İsveçrədə İran və ABŞ nümayəndələri arasında danışıqlar vasitəçilər vasitəsilə davam edir.

Telekanalın məlumatına görə, İranın rəsmi nümayəndə heyəti otelə qayıdıb, lakin danışıqlar qeyri-rəsmi formatda davam etdirilir.(Oxu.az)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya