Bizimhedef.az » hadise » "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar

"Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar



Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayaraq ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törədən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər.

Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya