“Maştağa yolundakı qanunsuz tikili: Dövlət qurumlarının diqqətinə”
Sabunçu rayonu, Maştağa qəsəbəsi yolunda qanunsuz tikili faktı barədə məlumat daxil olub. Dövlət qurumlarının nəzərinə çatdırmaq istərdik ki, bu kimi hallar ictimai narazılıq doğurur və qanunvericiliyin pozulması deməkdir. Tikintinin hansı əsasla və kim tərəfindən icazə verilməklə aparıldığı dərindən araşdırılmalıdır.
Bizimhedef.az -a daxil olan şikayət əsasında bildiririk ki, Dövlətin müəyyən etdiyi qaydalar və qanunlar hər bir vətəndaş və qurum üçün məcburidir. Ərazi planlaması və tikinti normalarının pozulması həm şəhərsalma prosesinə, həm də ekoloji və sosial mühitə zərər vura bilər. Bu səbəbdən aidiyyəti dövlət qurumlarının məsələni dərhal nəzarətə götürməsi və qanunsuzluğa qarşı müvafiq tədbirlər görməsi vacibdir.
Qanunun aliliyi və ictimai maraqların qorunması üçün belə faktlara biganə yanaşmaq olmaz. Dövlətin qoyduğu qaydalar hər kəs üçün eyni dərəcədə keçərlidir və heç kəsin qanunu pozmaq ixtiyarı yoxdur.
İctimaiyyət bu məsələnin tez bir zamanda həll olunacağına ümid edir.





























