Bizimhedef.az » dunya » Sumıya kütləvi hücum: Çox sayda yaralı var

Sumıya kütləvi hücum: Çox sayda yaralı var

  • Сегодня, 11:34
  • dunya
  • 4


Aprelin 21-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Sumı şəhərinə hücum edib, ilkin məlumatlara görə, hücumda 10 pilotsuz uçuş aparatından (PUA) istifadə olunub.

Zərbələr nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib, yaşayış binaları, təhsil müəssisələri və bir xəstəxana zədələnib.

Sumı Vilayət Prokurorluğunun yaydığı məlumata görə, hücum nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılar arasında üç azyaşlı qızın olduğu bildirilir.

Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, Rusiya ötən gecə Ukrayna ərazisinə iki "İskander-M" ballistik raketi və 143 dronla zərbə endirib. Məlumata görə, raketlərdən biri və 116 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya