Bizimhedef.az » dunya » Raketin zərər vurduğu səfirliyimizin görüntüləri - Video

Raketin zərər vurduğu səfirliyimizin görüntüləri - Video

  • 29-08-2025, 11:33
  • dunya
  • 82
Raketin zərər vurduğu səfirliyimizin görüntüləri - Video


Xəbər verdiyimiz kimi, avqustun 28-nə keçən gecə Rusiya ordusu Kiyevə genişmiqyaslı raket zərbələri endirib. Nəticədə 23 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

“Qafqazinfo”nun məlumatına görə, hücum zamanı raketlərdən biri Azərbaycanın Ukraynadakı Səfirliyinin yaxınlığına düşüb.

Nəticədə səfirliyimizin binası zərər görüb, binanın bəzi qapı və pəncərələri sınıb, eləcə də konsulluq binasının dam örtüyündə çatlar yaranıb.

Buna baxmayaraq, səfirlik öz fəaliyyətini tam heyətlə davam etdirir. Qeyd edilib ki, son üç ayda ikinci dəfə belə zərbələrə məruz qalıb.

Baku TV sözügedən ərazidə olub, dağıntıları lentə alıb:



Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya