Bizimhedef.az » dunya » Hərbçilər xanımını aparmayacaqmış - Özü xahiş edib

Hərbçilər xanımını aparmayacaqmış - Özü xahiş edib

  • 8-01-2026, 11:01
  • dunya
  • 48
Hərbçilər xanımını aparmayacaqmış - Özü xahiş edib


“ABŞ hərbçiləri Karakasdakı əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirərkən onun həyat yoldaşı Siliya Floresi özləri ilə aparmağı planlaşdırmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Telesur” telekanalına müsahibəsində Venesuelanın vətəndaşların təhlükəsizliyi üzrə vitse-prezidenti, daxili işlər və ədliyyə naziri Diosdado Kabelo açıqlayıb.

O vurğulayıb ki, Siliya hərbçilərdən onu da Maduro ilə birgə aparmağı xahiş edib.

Bununla yanaşı, nazirin sözlərinə görə, ABŞ-nin əməliyyatı nəticəsində ölkədə 100 nəfər həlak olub.

O qeyd edib ki, həlak olanların əksəriyyətini gənclər təşkil edib.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Cütlük orada hakim qarşısına çıxarılıb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya