Bizimhedef.az » dunya » Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

  • Сегодня, 09:11
  • dunya
  • 8



Almaniyanın sabiq prezidenti Kristian Vulf Türkiyənin qlobal sistemdə artan rolundan və Berlin-Ankara münasibətlərindəki potensialdan danışıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, dünyanın Türkiyəyə ehtiyacı Türkiyənin dünyaya ehtiyacından daha çoxdur və bu münasibətlərin əsasını qarşılıqlı etimad təşkil edir.

Vulf bildirib ki, Almaniyanın Türkiyədə imici hələ də müsbətdir və bu amil iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün ciddi imkan yaradır.

Sabiq prezident qeyd edib ki, tədarük zəncirlərinin istiqaməti dəyişir və Hörmüz boğazı üzərindən Aralıq dənizi limanlarına doğru axın müşahidə olunur. Bu isə Türkiyənin geosiyasi və strateji əhəmiyyətini daha da artırır.

O əlavə edib ki, Aralıq dənizi limanlarında yüklənmənin artması fonunda Türkiyə həm coğrafi mövqeyi, həm də nisbətən aşağı əmək xərcləri ilə Almaniya üçün cəlbedici tərəfdaşa çevrilir və Berlin bu imkanlardan istifadə etmək niyyətindədir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya