Bizimhedef.az » dunya » Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ

Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ

  • Сегодня, 09:00
  • dunya
  • 8
Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ


Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Nikol Paşinyanın Qars–Axalkalaki dəmir yolu ilə bağlı paylaşımına münasibət bildirib.

Sərdar Kılıç bunun normallaşma prosesi çərçivəsində birbaşa ticarət üçün yeni addım olduğunu deyib.

Türkiyəli diplomat qeyd edib ki, təşəbbüs Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli əməkdaşlığa da töhfə verəcək.

Onun sözlərinə görə, layihə regionda sülh və sabitliyə ciddi töhfə verə bilər və iştirak edən bütün ölkələr üçün faydalı olacaq.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya