Bizimhedef.az » dunya » Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI

Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI

  • Сегодня, 14:22
  • dunya
  • 1
Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI


Ermənistanda hakimiyyət dövlət qurumlarında seçki sonrası "təmizləmə" prosesinə başlayıb.

Bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Məlumata görə, iyunun 5-də "Mülki Müqavilə" partiyasının yekun mitinqinə inzibati resurslar səfərbər edilib.

Dövlət qulluqçularına istisnasız olaraq hamının Respublika meydanındakı aksiyada iştirak etməsi barədə ciddi tapşırıq verilib. Bundan əlavə, əməkdaşlara mitinqi vaxtından əvvəl tərk etməmək və sona qədər orada qalmaq barədə xəbərdarlıq olunub. Buna səbəb kimi isə meydana xüsusi "nəzarətçilər"in təyin edilməsi və onların iştirak edənlərlə etməyənlərin siyahısını tutaraq yoxlama aparacağı göstərilib.

Qəzetin əldə etdiyi məlumatlara görə, həmin nəzarətçilər artıq bir neçə gündür ki, mitinqə getməyə cürət etməyən və ya gedib vaxtından əvvəl ayrılan əməkdaşlardan izahat tələb edirlər. Bildirilir ki, hazırda növbəti mərhələdə addım atmaq üçün "özünkülər" və "müxalifətçilər"in siyahısı tərtib olunur. Əgər öz hüquqlarını bilməyən işçi tapılarsa, onu işdən çıxma barədə ərizə yazmağa məcbur edəcəklər, digərlərini isə mükafatlardan ("premiya"lardan) məhrum etməklə cəzalandıracaqlar. Lakin ekspertlər qeyd edir ki, əgər insanlar az da olsa dirəniş göstərsələr, hakimiyyət heç bir tədbir görə bilməyəcək.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya