Bizimhedef.az » dunya » Tramp Kennedinin qətli ilə bağlı məxfi sənədlərin yayımlanmasını əmr edib

Tramp Kennedinin qətli ilə bağlı məxfi sənədlərin yayımlanmasını əmr edib

  • 18-03-2025, 15:30
  • dunya
  • 125
Tramp Kennedinin qətli ilə bağlı məxfi sənədlərin yayımlanmasını əmr edib



ABŞ prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin öldürülməsi ilə bağlı 80 min səhifəlik məxfi sənədləri açıqlayacağını bildirib.

Bu barədə “The Hill” məlumat yayıb.

“Sabah bütün sənədləri təqdim edəcəyik. İnsanlar bunu on illərdir gözləyirlər və mən xalqıma bunu sabah çatdırmağı tapşırmışam”, – deyə Tramp bildirib.

Yanvar ayında Tramp Kennedinin, keçmiş baş prokuror Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı federal hökumət sənədlərinin yayımlanması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Kennedi 1963-cü il noyabrın 22-də Dallasda (Texas) olarkən güllələnib.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya