Bizimhedef.az » dunya » Rusiyada DƏHŞƏT: Dağıntılar altında qalanlar var

Rusiyada DƏHŞƏT: Dağıntılar altında qalanlar var

  • Сегодня, 13:43
  • dunya
  • 6


Maqadan vilayətində yerləşən kömür mədənində sel gəlməsi nəticəsində dağ süxurlarının uçqunu baş verib.

Bu barədə "Kadıkçan" kömür mədəninin baş direktoru Aleksandr Nesteroviç RİA Novosti-yə məlumat verib.

Müəssisə rəhbərinin sözlərinə görə, hadisəyə ərazidəki buzlağın əriməsi səbəb olub:

"Həmin hissədə buz linzası var idi, buzlağın əriməsi nəticəsində çökmə baş verdi".

İlkin məlumatlara görə, uçqun altında həm yerli sakinlər, həm də ölkənin digər regionlarından olan 8 nəfərin qaldığı ehtimal edilir.

Hadisə yerində dərhal operativ qərargah yaradılıb, mütəxəssislər videogörüntüləri təhlil edərək vəziyyəti qiymətləndirirlər.

Baş direktor qeyd edib ki, hazırda əraziyə ağır texnika və Susumandan olan xilasedicilər cəlb olunur.

Aprelin 30-u, cümə günü Susuman şəhər dairəsində baş vermiş insidentlə bağlı artıq 16 nəfərlik xilasetmə qrupu, yanğınsöndürənlər və həkimlər 6 ədəd texnika ilə hadisə yerinə yollanıblar.

Eyni zamanda, Rusiya Fövqəladə Hallar Nazirliyinin "Mi-8" helikopteri də uçuş üçün hazır vəziyyətə gətirilib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya