Bizimhedef.az » dunya » Britaniya və Fransadan Rusiyaya çağırış

Britaniya və Fransadan Rusiyaya çağırış

  • 6-05-2025, 13:08
  • dunya
  • 84
Britaniya və Fransadan Rusiyaya çağırış


Böyük Britaniyanın baş naziri Keir Starmerlə Fransa prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığında Ukraynadakı vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putinə atəşkəslə bağlı müraciət etmək barədə razılığa gəliblər.

Bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytı məlumat yayıb.

"Ukraynadakı vəziyyətə gəlincə, liderlər dayanıqlı sülh danışıqlarına imkan yaratmaq üçün Rusiyanın 30 günlük atəşkəslə razılaşmasının vacibliyini müzakirə ediblər. Ukrayna sübut edib ki, danışıqlar masası arxasına əyləşməyə hazırdır və sülh tərəfdarıdır", - bəyanatda deyilir.

Məlum olduğu kimi, Rusiya ABŞ-nin təklif etdiyi və Ukraynanın dəstəklədiyi 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləməkdən imtina edib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya