Bizimhedef.az » Göydəniz Qəhrəmanov: "Azərbaycan beynəlxalq turizm xəritəsində mövqeyini möhkəmləndirir"

Göydəniz Qəhrəmanov: "Azərbaycan beynəlxalq turizm xəritəsində mövqeyini möhkəmləndirir"

  • 21-08-2025, 13:18
  • ---
  • 53
Göydəniz Qəhrəmanov: "Azərbaycan beynəlxalq turizm xəritəsində mövqeyini möhkəmləndirir"


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərinin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndində inşa edilən “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış olublar.

Bu möhtəşəm layihə həm bölgənin sosial-iqtisadi inkişafına, həm də ölkəmizin turizm potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. 23 hektar ərazini əhatə edən kompleks eyni anda 452 qonağı qəbul edə biləcək, burada müxtəlif kateqoriyalı otel nömrələri, VIP kotteclər, restoranlar, SPA və fitnes mərkəzləri, konfrans zalı və idman meydançaları fəaliyyət göstərəcək.

Ölkəmizin müxtəlif bölgələrində turizm infrastrukturunun gücləndirilməsi, yeni istirahət mərkəzlərinin açılması Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyini möhkəmləndirir. Bu, həm iqtisadi inkişaf, həm də regionlarda məşğulluğun artması deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafın təminatıdır.

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya