Bizimhedef.az » dunya » "Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama

"Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama

  • Сегодня, 09:11
  • dunya
  • 20
"Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama


Zelenski Trampla Putinlə görüşün təşkilini müzakirə edib.

Ukrayna mediası xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə Avropa İttifaqının Hökumətlərarası Konfransına müraciətində bildirib. O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinə müharibənin başa çatdırılması üçün real qərarların qəbul edilə biləcəyi istənilən məkanda görüşmək təklif olunub, lakin o, bundan imtina edir.

Həmçinin ABŞ və Fransa ilə "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində bütün demokratik ölkələrin iştirakı ilə Putinlə görüş imkanları müzakirə edilib.

"Dünən prezident Tramp ilə belə bir görüşün ABŞ-də təşkil olunmasını müzakirə etdik. Elə bir formatda ki, Putinin imtina etməsi, ən azından prezident Trampa 'yox' deməsi xeyli çətin olsun. Bunun necə nəticələnəcəyini görəcəyik. Əgər Rusiya bu şansı da əldən versə, əlavə təzyiqlərə ehtiyac yaranacaq", — deyə Zelenski vurğulayıb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya