Bizimhedef.az » dunya » Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

  • Сегодня, 09:26
  • dunya
  • 16
Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək


Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də keçiriləcək ənənəvi illik tədbirində Ermənistanı Baş nazir Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan təmsil edəcək.

Bu barədə “News.am” nəşri məlumat yayıb.

Məlumata görə, Nyu-Yorkda baş tutacaq tədbirdə hökumət başçısının həyat yoldaşı qismində iştirak edəcək Akopyanın ezamiyyət sərəncamı Paşinyan tərəfindən 11 iyunda imzalanıb.

26 iyun - 4 iyul tarixlərində davam edəcək səfər xərclərinin müəyyən olunmuş qaydada ödənilməsi barədə hökumət aparatına tapşırıq verilib. Səfər üçün ayrılan vəsaitin miqdarı açıqlanmır.

Xatırladaq ki, Nikol Paşinyan və Anna Akopyanın vətəndaş nikahı bu ilin fevral ayında başa çatıb. Keçmiş cütlüyün 4 övladı var.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya